“Ömrün Naxçıvan aşırımları: Müqavilə” sənədli filmi nümayiş olunacaq – VİDEO  

“Ömrün Naxçıvan aşırımları: Müqavilə” sənədli filmi nümayiş olunacaq – VİDEO  

Naxçıvan televiziyası tərəfindən ümumilli liderin ötən əsrin 90-cı illərindəki fəaliyyəti ilə bağlı “Ömrün Naxçıvan aşırımları: Müqavilə” filmi hazırlanıb.

 

Sfera.az xəbər verir ki, bu il Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamı ilə geniş qeyd olunur.


“Ömrün Naxçıvan aşırımları: Müqavilə” filmi Sahil Tahirlinin “100 illiyə 10 film” layihəsi çərçivəsində çəkilən 6-cı filmdir. Filmin məqsədi Naxçıvanın ötən əsrin 90-cı illərində erməni təcavüzündən qorunmasında ümummilli lider Heydər Əliyevin rolu, “Qars” müqaviləsinin siyasi əhəmiyyəti barədə məlumat vermək, Naxçıvan televiziyasının arxiv kadrları əsasında bu prosesi geniş auditoriyaya təqdim etməkdir.
Film mayın 10-da - cümə günü yayımlanacaq, xronometraj 30 dəqiqədir. Çəkilişlər Naxçıvan və Qars şəhərlərində aparılıb. 
 

Layihə rəhbəri və ssenari müəllifi Sahil Tahirli, məsləhətçi Anar Tahirov, prodüser Əlibala Məhərrəmzadə, quruluşçu rejissor Fərhad Zamanbəyov, redaktor İlkin Rzayev, rejissor Faiq Abbasoğlu, operatorlar İlqar Məhərrəmov, Uğur Bağırov, səs rejissoru Elçin Məmmədov, qrafika Müseyib Quliyev, musiqi tərtibatçısı Yaqut Süleymanova, işıqçı Əli Qurbanovdur.
 


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır + VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...