Prezident Tərtərə səfər edib

Prezident Tərtərə səfər edib
 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəliblər.
Sfera.az AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı və xanımı Heydər Əliyevin Tərtərşəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib. 
Prezident və xanımı Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib və bina ilə tanış olub. 
Eyni zamanda, dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışında iştirak edib. 
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının və Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak ediblər. 

 



OXŞAR XƏBƏRLƏR