Bu qurumların sayı üç dəfə AZALDILACAQ

Bu qurumların sayı üç dəfə AZALDILACAQ

Azərbaycanda bələdiyyələrin sayı yaxın vaxtlarda 3 dəfəyə qədər azaldılacaq. Hazırda 1 606 olan bələdiyyə sayı azalmadan sonra 500-600-ə qədər düşəcək. 


Sfera.az xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin və "İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı-ekspert Samir Əliyev bildirib. 


S.Əliyev xatırladıb ki, ölkəmizdə indiyə qədər bələdiyyələrin sayının azaldılması ilə bağlı iki dəfə tədbir görülüb. Bu tədbirlər nəticəsində bələdiyyələrin sayının əvvəlcə 2 757-dən 1 718-ə, daha sonra isə 1 606-ya düşdüyünü deyən ekspert üçüncü dəfə bələdiyyə sayında daha böyük azalmanın baş verəcəyini vurğulayıb. 


S.Əliyev qeyd edib ki, bələdiyyə sayında növbəti azalma “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişikliklər əsasında aparılacaq:

 

“Yeni dəyişiklik hökumətə bələdiyyələri məcburi birləşdirmək səlahiyyəti verib. Belə ki, dəyişikliklərə əsasən, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla parlamentin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcək. Birləşmiş bələdiyyənin adı əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək. Bir sıra bələdiyyələr, o cümlədən Xınalıq, Lahıc, İvanovka kimi bələdiyyələrin yerli xüsusiyyətləri əsas götürülərək birləşmədən kənarda saxlanılacaq”.


Vasif


OXŞAR XƏBƏRLƏR