Sfera.az 12 yaşında 

Sfera.az 12 yaşında 

Sfera.az xəbər portalının 12 yaşı tamam olur.

 

5 may 2012-ci ildə fəaliyyətə başlayan sayt ötən müddət ərzində özünəməxsus xəbərçilik tərzi ilə geniş oxucu kütləsini öz ətrafında birləşdirə bilib.

 

Sfera.az müstəqil media orqanı olaraq tərəfsizliyini qorumağı bacaran azsaylı media quruluşlarındandır. Cəmiyyətdəki problemlərin aşkarlanmasında və işıqlandırılmasında özünəməxsus rolu olan Sfera.az bu gün ölkənin nüfuzlu xəbər saytlarından biridir.

 

Xəbər portalı Azərbaycanda baş verən hadisələrlə bərabər, bütün dünyada baş verən ictimai, siyasi, sosial və mədəni hadisələri oxuculara təqdim edir.

 

Saytın auditoriyası yalnız ölkə vətəndaşlarından deyil, eyni zamanda dünyada yaşayan həmyerlilərimizdən təşkil olunub.

 

Ölkənin media qurumları arasında ilk onluqda qərarlaşan sayt bundan sonrakı fəliyyətində də operativ fəaliyyət göstərərək, aktual xəbərləri oxuculara çatdırmağa davam edəcək.

 

Qeyd edək ki, saytın təsisçisi Ozal Məmmədovdur.


OXŞAR XƏBƏRLƏR

Rəhman Rəhmanovun şikayətinə- TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...