Azərbaycanda balıq ovunun qadağan edilmə vaxtları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda balıq ovunun qadağan edilmə vaxtları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Dünyada qlobal istiləşmə getməsi artıq hər kəsə məlumdur. Təbii ki, bu proses hər bir canlıya birbaşa və ya dolayı yolla təsir edir. Temperaturda olan artım su hövzələrinin tez isinməsinə də səbəb olur. Nəticədə, suyun isinməsi ilə hövzələrdəki balıqlar daha erkən kürüləyə bilər. Çünki bu təbii proses birbaşa havanın temperaturu ilə əlaqədardır. Qanunvericiliyə əsasən, hər il ölkə ərazisində mayın 1-dən sentyabrın 1-nə qədər balıq ovu qadağan edilir.

 

Ötən günlərdə Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev açıqlamasında bildirmişdi ki, balıq ovu qadağasında tətbiq olunan standartlar sovet dönəmindən qalmadır. Çünki həmin illər üçün suda temperatur dərəcəsi ilə balıqların kürü mövsümü may və iyun aylarına təsadüf edirdi. O, indiki qadağa tətbiq edilən müddətə dəyişiklik edilməsini təklif etmişdi.

 

Bəs qlobal istiləşməyə görə, su hövzələrinin tez isinməsi nəticəsində balıqların tez kürüləməsi baş verərsə, moratorium tarixlərində dəyişiklik gözlənilə bilərmi? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Xəzər dənizində moratorium Nazirlər Kabinetinin 2017-ci il 243 nömrəli Qərarına əsasən tənzimlənir:

 

“Bu qərarda sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün mayın 1-dən sentyabrın 1-dək, idman və həvəskar balıq ovçuları üçün isə mayın 1-dən iyul ayının 1-dək qadağa müddəti tətbiq olunub. Bu müddət balıqların bioloji xüsusiyyəti, onların artımı, kürüləmə dövrü ilə əlaqədardır. Həmin qadağa dövrü alimlər tərəfindən müxtəlif növ balıqların kürüləməsi üçün ən optimal müddət hesab olunur. Təbii ki, temperatur, yem, balığın özünün bioloji xüsusiyyəti, yaşından asılı olaraq kürüləmə tez və ya gec baş verə bilər”. 

 

A.Babayeva qlobal istiləşmənin sözügedən müddətə təsiri ilə bağlı danışanda qeyd edib ki, bu ehtimalın yaxın müddətdə baş verməsi gözlənilən deyil:

 

“Bəli, bu gün bütün dünyada qlobal istiləşmə ilə mübarizə aparılır. Balıqların qlobal istiləşməyə məruz qalaraq kütləvi şəkildə hamısının tez kürüləməsi isə mümkün deyil. Bunun baş verməsi uzunmüddətli bir ssenaridir”. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...