"5 aydır, köhnəlmiş çörək yeyirik, bizə sahib çıxın" - Azərbaycanlı futbolçunun komanda yoldaşı

"5 aydır köhnəlmiş çörək yeyirik".

 

Sfera.az "report"a istinadən bildirir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi Türkiyənin "Hatayspor" klubunun futbolçusu Erce Kardeşler bildirib.

 

Futbolçu komandanın çox acınacaqlı durumda olduğunu deyib: "Köhnəlmiş çörək yeyərək, məşqlərdən sonra duş almadan evimizə gedirik. Saat yarımlıq yolu demirəm hələ. Çox üzülürəm, tək istədiyim "Hatayspor"un liqada qalmasıdır. Mən Hatay xalqı üçün buradayam. Dəfələrlə klubu tərk etmək istəsəm də, ürəyim buna imkan verməyib. Bəlkə, bu sözlərimdən sonra kluba sahib çıxarlar".

 

O, baş məşqçi Volkan Dəmirəlin komandanı tərk etməsinə də toxunub: "Baş məşqçi də bu üzdən getdi. Məşqçilik etmədi, çünki məşqçilikdən başqa hər şey etdi. Yeri gələndə ata, böyük qardaş oldu. İndi meydana çıxa biliriksə, bu, Volkan Dəmirəlin sayəsindədir. Məşqçiliyi məni maraqlandırmaz, amma nə vaxt böyük qardaş kimi çətinə düşərsə, düşünmədən qaçaraq ona kömək üçün gedərəm. Çünki o bizə eynisini etdi. İnşallah, insanlar "Hatayspor"a sahib çıxarlar".

 

Qeyd edək ki, Renat Dadaşov ötən il İsveçrə təmsilçisi "Qrasshopper"dən "Hatayspor"a icarəyə verilib.


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....