62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.

 

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyib ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur. 

 

Həmçinin qeyd olunub ki, 62 il öncə istismara verilmiş körpüdə ötən il yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb. Müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.

 

Məlumata görə, körpü tikilərkən, onun konstruksiyası, oxları həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb. Zaman keçdikcə nəqliyyatın intensivliyinin dəfələrlə artması nəticəsində körpünün konstruksiyasında müəyyən problemlər yaranıb. Problemlərin aradan qaldırılması ilə bağlı 2 dəfə xaricdən dəvət olunmuş ekspertlərin iştirakı ilə baxış keçirilib və yekun qənaət ondan ibarət olub ki, körpü ümumilikdə nəqliyyatın hazırkı intensivliyinə uyğun gəlmir və risklidir.

 

Hazırkı vəziyyət onu göstərir ki, körpü müasir standarlara, intensivliyə cavab vermir, təhlükə yaradır. Artıq onun götürülməsinə böyük ehtiyac yaranıb.

 

Başqa bir problem körpünün buraxılış qabiliyyətinin məhdudluğudur. Yəqin ki hamı Heydər Əliyev prospekti və yan küçələrdən intensiv nəqliyyat hərəkatının körpü üzərində tıxac yaratdığının şahidi olub. Körpü təkcə tıxaca səbəb olmur, həm də üzərindəki avtomobillər üçün böyük təhlükədir.

 


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...