Britni Spirs və keçmiş əri əmlak və itlərini böldülər

Britni Spirs və keçmiş əri əmlak və itlərini böldülər

Amerikalı müğənni Britni Spirs və onun keçmiş əri Sem Əsgəri mayın 1-də Los-Anceles məhkəməsində boşanma prosesini başa çatdırıblar. Hüquqi mübarizə səkkiz aydan çox davam edib.

 

Sfera.az xəbər verir ki, keçmiş həyat yoldaşları əsasən nikahdan əvvəlki müqavilə sayəsində razılığa gəliblər.


Keçmiş cütlük, deyəsən, məsələni sülh yolu ilə həll edə bilib. Britni Spirs nikah müqaviləsinə əsasən toydan əvvəl, toy zamanı və daha sonra əldə etdiyi bütün qazancları özündə saxlayıb.


"Britninin sındırılması və müflis olması ilə bağlı hekayələr gülünc və yalandır. O, azadlığını min bir əziyyətlə qazanıb. Həqiqətən dəbdəbəli səyahətlərdən həzz almaq onun ən böyük haqqıdır. Hələ çox uzun müddət qazanc əldə edəcəyi bestseller kitabı və onun üçün dəmir zireh rolunu oynayan bir nikah müqaviləsi var” deyə Britniyə yaxın mənbə bildirib.

 

Qeyd edək ki, 2023-cü ilin avqustunda 42 yaşlı pop star ilə 30 yaşlı fitnes məşqçisi 14 aylıq evlilikdən sonra ayrılıblar. Boşanmaq üçün isə ilk dəfə Əsgəri rəsmi müraciət edib. O, əvvəlcə Spirsi xəyanətdə günahlandırsa da, rəsmi boşanma ərizəsində barışmaz fikir ayrılıqlarını əsas göstərib. 

 

Sam nikahdan əvvəlki müqavilənin şərtlərini yenidən müzakirə etməyə çox çalışsa da, nəticələr açıqlandıqdan sonra buna etiraz etməyib. Keçmiş əri həmçinin Britnin ona aliment və vəkillərinin pulunu ödəməsini tələb edib. Spirs, öz növbəsində, güclü bir hüquqşünaslar komandası toplayaraq, məhkəmə işini məşhur ailənin vəkili Laura Vasserə, eləcə də onu atasının 13 illik qəyyumluğundan azad etməyə kömək edən keçmiş federal prokuror Metyu Rozenqarta həvalə edib.


Tərəflərin mövqeyinə baxmayaraq, keçmiş cütlük məsələni sülh yolu ilə həll edə bilmiş kimi görünür. Sənədlərə görə, Spirs müxtəlif zinət əşyaları və digər şəxsi əşyaları, həmçinin cütlüyün toyuna qədər, toy zamanı və sonra əldə etdiyi bütün gəlirləri özündə saxlayacaq.

 

Bundan əlavə, nikahdan əvvəlki müqaviləyə uyğun olaraq bölünəcək əlavə əmlak aktivləri var. Belə ki, onlar beş itin qəyyumluğunu da bölüşüblər. Əsgəriyə 2021-ci ilin oktyabrında onu qorumaq üçün aldığı Porşa adlı Dobermanın iti qalıb. Spirs isə Sawyer adlı Avstraliya çoban və Hannah adlı Yorki də daxil olmaqla, digər dörd itə tam qəyyumluq alıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...