Keniyada daşqınlar nəticəsində ölənlərin sayı ARTDI

Dünya
17:28 / 03.05.2024
6265
Keniyada təxminən 2 həftədir davam edən leysan yağışları nəticəsində həyatını itirənlərin sayı 210-a yüksəlib.
Sfera.az xəbər verir ki, bu barədə Keniya Prezidenti Uilyam Ruto məlumat verib.
O bildirib ki, meteoroloji hesabatlara görə Keniyanı güclü qasırğa təhlükəsi gözləyir.
“Ölkə daxilində 200 mindən çox insan davam edən leysan yağışları və daşqınlardan zərər çəkib. Keniyadan başqa Ruanda, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri də güclü yağışların yaratdığı daşqınlardan mənfi təsirlənib”.
Asya