Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

13 yaşına qədər uşaqlar smartfondan istifadə etməməli, 18 yaşından kiçiklərin isə sosial mediaya girişi qadağan edilməlidir.
Sfera.az bildirir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun təyin etdiyi ekspert komitəsinin hazırladığı hesabatda qeyd olunub.
Mütəxəssislər sözügedən alətlərin azyaşlıların inkişafına mənfi təsir göstərdiyini bildirib:
“3 yaşından kiçik uşaqlar ekran qarşısında ümumiyyətlə vaxt keçirməməlidirlər. 6 yaşına qədər olanlarda isə bu müddət məhdudlaşdırılmalıdır”, - fransız tədqiqatçılar bildirib.
Digər tərəfdən, ekspertlər sosial medianın depressiya və narahatlıq üçün "risk faktoru" ola biləcəyini və uşaqların pornoqrafiya və zorakı məzmuna məruz qaldığını aşkar ediblər.
Araşdırmada göstərilib ki, uşaqların ekran qarşısında vaxt keçirmələrinin onların sağlamlığı, inkişafı və cəmiyyətin gələcəyi üçün fəsadları var.
Günay