Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

İqtisadiyyat
18:00 / 03.05.2024
7374
Apreldə dünya üzrə ərzaq məhsullarının qiymətləri ardıcıl ikinci ay artıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.
Taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO-nun tərtib etdiyi indeks apreldə 118,8-dən 119,1-ə yüksəlib.
Martda da qlobal ərzaq qiymətləri əvvəlki aya nisbətən artıb. Amma illik müqayisədə apreldə 9,6 faiz azalıb.
FAO-nun məlumatına əsasən, son 2 ayda qiymətlərin artmasında bitki yağlarının və ətin bahalaşması mühüm rol oynayıb.
Vasif