Sualtı tunel Avropanı Şimali Afrika ilə birləşdirəcək - YENİ LAYİHƏ

Sualtı tunel Avropanı Şimali Afrika ilə birləşdirəcək - YENİ LAYİHƏ

2030-cu ilə qədər təxminən 27,5 kilometr uzunluğunda yeni sualtı tunel Avropanın yüksək sürətli dəmir yolu şəbəkəsini Şimali Afrika ilə birləşdirə bilər.

 

Sfera.az xəbər verir ki, sözügedən tunel İspaniyanın mövcud dəmir yolu xətlərini 2018-ci ildə açılan və saatda təxminən 322 km sürətlə hərəkət edən Mərakeşin Əl Boraq qatar xəttinə birləşdirərək yüksək sürətli qatar xidməti təmin edəcək.

 

İspaniyanın Madrid şəhərindən Mərakeşin Kasablankasına gedən marşrut xətti (Alxesirasdan başlayıb və Tanjerdə bitəcək) Cəbəllütariq boğazından keçəcək. Madriddən Kasablankaya orta hesabla uçuş 1 saat 50 dəqiqə olduğu halda sərnişinlərin qatarla səfəri 5 saat 30 dəqiqəyə tamamlanacaq. Hazırda strateji planlaşdırma aparılır və tərtibatçılar üç ölkənin (İspaniya, Portuqaliya və Mərakeş) 2030 FIFA Dünya Kubokuna ev sahibliyi edəcəyi üçün tunelin cəmi 6 il ərzində inşasına ümid edirlər. Rəsmi xərclər məlum olmasa da, layihənin tikintisinin 6 milyard avroya başa gələcəyi təxmin edilir. 

 

Yenidən canlandırılan layihə ilk dəfə ciddi şəkildə 40 il əvvəl 1979-cu ildə təklif edilmişdi. Bu layihə Dover və Calais arasındakı transkontinental Kanal Tunelinə bənzəyirdi.

 

Mərakeş Milli Boğaz Araşdırma Şirkəti (SNED) və İspan Boğazı Cəbəllütariq Sabit Rabitə Araşdırmaları Dərnəyi (SECEGSA) tərəfindən bölgədə aparılan araşdırmalar da bəzi logistik çətinlikləri ortaya qoyub. Belə ki, boğaz ən dərin nöqtəsində 900 metr aşağı uzanır və Azor adaları-Cəbəllütariq qırağında müntəzəm seysmik aktivlik əlavə risk yaradır.

 

Məlumata görə, tunelin inşası reallaşdırılarsa, ildə 12,8 milyondan çox sərnişin sürət qatarından faydalana biləcək və iki qitə arasında ticarətdə əlavə 13 milyon ton yük daşınacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Ağdərədə Minaya Düşən Şəxs Amputasiya Olundu – Vəziyyəti Ağırdır

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birli...

Həftəsonu 34 mindən çox abituriyent imtahan verəcək

İyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni ü...

Süni intellekt ölümə səbəb oldu

Stanford Universitetinin tədqiqatçıları xəbərdarlıq edir ki, insanlar işsizlik, intihar düşüncələri, maniakal və ya psixoz kimi psixoloji böhranlarla üzləş...

İqtisadiyyat və Humanitar Kollecdə Yeni Rəhbər Təyinatları

İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.   Sfera.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agent...

DYP hərəkət iştirakçılarına müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Bu barədə Sfera.az-a BDYPİ-dən məlumat...

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğısı ilə əhatə olunan uşaqların övladlığa verilməsi istiqamətində mühüm addımlar atılıb. ...