Türkiyədə inflyasiya 70 faizə çatır - STATİSTİKA

İqtisadiyyat
12:30 / 03.05.2024
3150
Türkiyədə apreldə inflyasiya səviyyəsi illik müqayisədə bir qədər də yüksələrək 69,80 faiz olub.
Sfera.az xəbər verir ki, ay ərzində inflyasiya sürəti 3,2 faiz təşkil edib.
Əvvəlki aylarla müqayisədə apreldə illik inflyasiya bir qədər də yüksəlib. Martda illik inflyasiya 68,5 faiz, 2023-cü ilin sonunda 40 faiz idi.
İnflyasiya səviyyəsinin yüksəlməsi lirənin ucuzlaşması ilə bağlıdır. Son bir ildə dollar 66 faizdən çox bahalaşıb. Dolların bu qədər bahalaşması mal və xidmətlərin də dəyərinin ən azı bu qədər artmasına səbəb olub.
Türkiyədə lirənin məzənnəsi sabit olmayınca inflyasiya səviyyəsini təkrəqəmli səviyyəyə endirmək və burada sabit saxlamaq mümkün olmayacaq.
Vasif