4000 manat pul oğurlayan şəxs SAXLANILDI

Kriminal
12:23 / 03.05.2024
4342
Binəqədi qəsəbəsi ərazisində bir qadının mobil telefonunun və çantasından 4000 manat pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluğa görə məhkum olunmuş Ş.Zeynalova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Asya