“Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırıb” - AÇIQLAMA 

“Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırıb” - AÇIQLAMA 

 

Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırdığını bəyan edib.

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

 

“İsrail 2023-cü ildə 5,4 milyard dollarlıq ticarət həcmi ilə Türkiyənin ixracat siyahısında 13-cü yerdədir. Bununla belə, 2023-cü ildə İsrailə ixrac əvvəlki illə müqayisədə təxminən 23 faiz azalıb. 2024-cü ilin birinci rübündə isə Türkiyənin İsrailə ixracatı 21,6 faiz azalıb”.

 

Ekspert qeyd edib ki, ümumiyyətlə Türkiyə-İsrail ticarət həcmi son 20 ildə 6 dəfə artıb.

 

"Hətta Qəzzada əməliyyatların başladığı oktyabr ayında ixrac özündən əvvəlki ilin eyni ayına görə 29 faiz artıb, idxal isə yüzdə 59 faiz azalıb. 2000-2022-ci illər arasında iki ölkə arasında ticarət balansı həmişə Türkiyənin xeyrinə olub. Türkiyə ticari münasibətlərdə israildən daha çox mənfəət əldə edirdi. Odur ki, rəsmi Ankaranın bu qərarı İsraillə müqayisədə Türkiyə iqtisadiyyatının özünə daha pis təsir edəcək”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...