Avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olundu - FOTO

Avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olundu - FOTO

Ağdamda 5 sürücü toy karvanında avtoxuliqanlıq edib.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, sözügedən şəxslər inzibati məsuliyyətə cəlb edilib.

 

“Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan 5 sürücü saxlanılıb. Onların idarələrində olan avtomobillər isə müvəqqəti duracağa yerləşdirilib. Saxlanılan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib”, - məlumatda qeyd olunub.

 

Qurum həmçinin əlavə edib ki, qərara əsasən, onlardan 2 nəfər barəsində inzibati qaydada 15 sutka həbs, digərlərinə isə cərimə növündə tədbir tətbiq olunub.

 

Günay


OXŞAR XƏBƏRLƏR