Bütün ailəsi narkoman idi: Üç dəfə həbsdə olan gənc hakim oldu

Bütün ailəsi narkoman idi: Üç dəfə həbsdə olan gənc hakim oldu

Üç dəfə həbsdə olan Pensilvaniyadan (ABŞ) 27 yaşlı Hənif Conson həyata təmiz səhifə ilə başlamağı bacarıb. O, ştatın ən gənc hakimi seçilib.

 

Sfera.az bildirir ki, Hənif Consonun uşaqlığı çətin keçib, lakin atletikaya olan həvəsi sayəsində o, həyatda düzgün yolu tapmağı bacarıb.

 

2012-ci ildə Conson hücum, sui-qəsd və təqib ittihamı ilə həbs edilib və 20 il sonra gözlənilmədən 73% səslə Respublikaçı namizəd Klod Fillipsə qalib gələrək vəzifə sahibi olub. 

 

Hənif Harrisburqda doğulub boya-başa çatıb. Çətin bir uşaqlıq keçirsə də, atletikaya olan həvəsi sayəsində oğlan həyatda düzgün yolu tapmağı bacarıb.

 

"Bizim evdə 2 otaqlı mənzildə 8 nəfər yatırdı. Anam yaxşı xasiyyətli qadın olaraq daim başqa ailələrdən uşaq götürüb, baxırdı. Narkoman idi. Atam, nənəm, bibim, əmim, babam narkoman idi, mənim bütün ailə üzvlərim narkoman idi”- deyə o, sosial şəbəkələrdə etiraf edib.


Universiteti bitirdikdən sonra Conson doğma şəhərində ailə münaqişələrinin həlli üzrə mütəxəssis kimi çalışaraq risk altında olan gənclərə kömək edirdi. Hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəsi onu hüquq sahəsində karyeraya doğru sövq edib.

 

“Magistrate District Hakimi” əyalət sakinləri tərəfindən seçilən bir vəzifədir və namizədlərdən hüquqi bilik tələb etmir. Buna görə də Hənif tələb olunan sənədləri təqdim edərək bu cəsarətli addımı atıb.

 

"Mən bu ərazidə yaşayıram, ona görə də bütün insanları, özüm kimi tanıyıram və baş verənləri yaxşı başa düşürəm".

 

Yeri gəlmişkən, keçən il Conson yenidən Magistrate dairəsinin hakimi vəzifəsinə seçilib. O, 96% səs toplayıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri həbs edildi

Türkiyədə məhkəmə Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri Şərəf Atəş haqqında həbs qətimkan tədbiri seçib.   Sfera.az xəbər verir ki, açılan cinayət i...

İstanbulda yeni danışıqlar – Zelenski niyə fikirini dəyişdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna üzrə danışıqların üçüncü raundunun İstanbulda keçirilməsi...

Ağdamdakı Qiyaslı məscidindən görüntülər - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaş...

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir...

Müəllimlərə şad xəbər - Güzəşt əldə edəcəklər

İyulun 16-da təhsil işçiləri üçün hazırlanmış "TəhsilPlus" kartının təqdimat mərasimi keçirlib.   "TəhsilPlus" kartının reallaşdı...

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.   Sfera.az ...