Bu istiqamətə əlavə reys təyin olundu

Cəmiyyət
18:08 / 02.05.2024
7023
ADY həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edir.
Sfera.az xəbər verir ki, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlar da hər həftəsonu xidmətdə olacaq.
Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.