Leo Messi ailəsi ilə görüntülərini paylaşdı - FOTOLAR

36 yaşlı argentinalı futbolçu Lionel Messi hər üç oğlu və həyat yoldaşı ilə fotolarını paylaşıb.
Sfera.az bildirir ki, məşhur futbolçu 500 milyondan çox abunəçisi ilə İnstaqramda ailə kadrlarını bölüşüb.
Qeyd edək ki, Messi və onun seçdiyi həyat yoldaşı bir-birini uşaqlıqdan tanıyır. Lakin bir müddət sonra bir sıra səbəblərdən yenidən görüşməyə başlayan cütlük, 2017-ci ildə ailə qurublar.
Messinin paylaşdığı ilk fotoda Thiago, Mateo və Ciro, həmçinin onların anası Antonella Roccuzzo yer alıb. Leo Messinin övladları eyni tünd futbol formasında poza veriblər.
Bu arada, Antonella da həyat yoldaşının görünüşünü tamamlayan qara top və xaki şalvarda görünüb. İkinci fotoda Messi və Antonella birlikdə poza veriblər.
Messi fotolarını "Ailə" başlığı ilə paylaşıb.
Qeyd etdiyimiz kimi, "İnter Mayami"nin futbolçusu sevgilisi ilə 2017-ci ildən evlidir. Onların bu evlilikdən üç övladı var.
Antonella futbolçunu yeddi yaşından tanıyır. Onların hər ikisi Argentinanın Rosario şəhərindəndir. Böyüdükdən sonra cütlüyü yenidən Antonellanın qardaşı və Messinin “Newell's”dən komanda yoldaşı olan Lucas Scalla yenidən bir araya gətirib. Sonradan gələcək həyat yoldaşları uzaqlığa görə ayrılıb. Çünki həmin vaxt Messi “Barcelona”da oynamağa başlamış, sevgilisi isə Argentinada qalmışdı.
Onlar yalnız 2004-cü ildə görüşməyə başlayıblar. Antonellanın ən yaxın rəfiqəsi avtomobil qəzasında həlak olanda, Messi ona dəstək olmaq üçün vətəninə uçub.
Aysel
Sfera.az