8 qəzet süni intelekti və dəstəkçisi “Microsoft”u MƏHKƏMƏYƏ VERDİ - MARAQLI SƏBƏB

8 qəzet süni intelekti və dəstəkçisi “Microsoft”u MƏHKƏMƏYƏ VERDİ - MARAQLI SƏBƏB

ABŞ-də səkkiz qəzet “OpenAI” və onun dəstəkçisi olan “Microsoft”u məhkəməyə verib. 


Sfera.az xəbər verir ki, məhkəməyə müraciət etmələrində səbəb texnologiya şirkətlərinin icazəsiz və ödənişsiz milyonlarla xəbər məqaləsindən istifadə etməsidir. Qəzetlər iddia edir ki, texnologiya şirkətləri süni intellekt chatbotlarını öyrətmək üçün onlara aid xəbər məqalələrindən faydalanıblar. Media qurumlarının fikrincə, bu, oğurluqdur. 


Məhkəməyə müraciət edən qəzetlər arasında “New York Daily News”, “Chicago Tribune” və “Denver Post” kimi böyük oxucu kütləsi olan mətbuat orqanları da var. Adıçəkilən qəzetlərin açıqlamasında qeyd edilir ki, mətbu orqanlar məlumat toplamaq və xəbərləri çatdırmaq üçün milyardlarla dollar xərcləyirlər. Amma texnologiya şirkətləri hər hansı ödəniş etmədən həmin məlumatlardan istifadə edirlər. ““OpenAI” və “Microsoft”un bu cür hərəkətləri məhsullarımızın oğurlamasıdır. Biz buna icazə verə bilmərik", - deyə qəzetlərin açıqlamasında bildirilib.


İddia ilə bağlı açıqlama verən “OpenAI” isə hərəkətlərində oğurluq əməlinin olmadığını qeyd edib. Texnologiya şirkəti süni intellektin öyrədilməsi üçün internetdə ictimaiyyətə açıq məlumatdan istifadənin ABŞ-nin müəllif hüquqları qanunlarına uyğun olduğunu düşünür.


Əvvəllər  “New York Times” və bəzi iri media təşkilatları da “OpenAI” şirkətinə qarşı müəllif hüquqları ilə bağlı iddia qaldırmışdı. 


Məlumat üçün bildirək ki, “OpenAI” ABŞ-nin süni intelekt tədqiqatı şirkətidir. “Microsoft” bu şirkətlə əməkdaşlıq edir və ona süni intelektin inkişafı ilə bağlı miyardlarla dollar dəyərində sərmayə qoyur. İddialara görə, gələcəkdə süni intellektin inkişafı bir sıra peşələr üzrə fəaliyyəti məhdudlaşdıracaq. Həmin peşələr arasında jurnalistika da var. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...