Meymunlar şəhəri yerlə-yeksan etdi: Onların qarşısını almağa çağıran plakatları cırdı

Meymunlar şəhəri yerlə-yeksan etdi: Onların qarşısını almağa çağıran plakatları cırdı

Qəzəbli meymunlar dəstəsi Taylandda Lopburi turizm mərkəzində meymun işğalına qarşı şüarlar yazılmış 30 plakatı cırıb. Əvvəllər bu heyvanlara yemək və əyləncə axtarmaq üçün şəhər küçələrində sərbəst gəzməyə icazə verilirdisə, son vaxtlar onların aqressivliyi hallarına daha çox rast gəlinir. 

 

Sfera.az bildirir ki, Lopburidə "meymun turizmi" əhəmiyyətli gəlir mənbəyi kimi görülür. İnsanlar buraya şəkil çəkdirmək və meymunlarla oynamaq üçün gəlirlər.

 

Lopburi sakinləri hakimiyyət orqanlarını meymunların zülmünə son qoymağa çağıran plakatlar asıblar. İnsanlar Taylandın Milli Parklar Departamentindən "meymun turizmi" adlanan fəaliyyətin məhdudlaşdırılmasını, heyvanların tutularaq, yenidən vəhşi təbiətə buraxılmasını tələb edirlər.

 

Maraqlıdır ki, ertəsi gün 18:00 radələrində meymunların adətən yatmaq saatında əks etiraz aksiyası başlayıb: bir sürü heyvan küçəyə çıxıb, asılmış pankartları söküb dağıdıb.

 

Qeyd etdiyimiz kimi, Lopburi “meymun turizmini” əhəmiyyətli gəlir mənbəyi hesab edir. Noyabrın son bazar günü isə şəhər hətta illik Meymun Bufet Festivalına ev sahibliyi edir.

 

Bununla belə, son bir neçə ildə meymunların davranışı idarəolunmaz hala gəlib. İki il əvvəl, koronavirus pandemiyasının qızğın vaxtında ərazi və yemək uğrunda meymun döyüşləri kəndin mərkəzi hissəsinin viran qalmasına səbəb olub.

 

Turistlər karantin səbəbindən şəhərə gəlmədiklərindən, meymunlara yem verən də olmayıb. Öyrəşdikləri şəraitdən məhrum olan və yeməksiz qalan ac meymunlar şəhərin mərkəzində üsyan qaldırıblar.


İndi də küçələrə bir sürü heyvan çıxıb, asılmış plakatları cırıb dağıdıb.

 

Yerli hökumət rəsmiləri və hərbçilərin də daxil olduğu birgə işçi qrupu hazırda problem yaradanları tutmaq və sığınacaqlara köçürmək üçün çalışır. Bundan əlavə, qeyd etdiyimiz kimi, Tailandda meymunlarla mübarizə üçün xüsusi bölmə yaradılıb. 


Daha əvvəl də məlumat verdiyimiz kimi, bir sıra Asiya ölkələrində cinayətkarlar heyvanlara turistlərin telefonlarını oğurlamaq, həmçinin bankları soymaq üçün təlim keçərək, onlardan istifadə edir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...