Sumqayıtda zavodda yanğın - YENİLƏNDİ

Hadisə
22:28 / 30.04.2024
6023
Sumqayıtda Aşqarlar zavodunda yanğın başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in xeyli sayda texnikası və canlı qüvvəsi cəlb olunub.
***
FHN-dən verilən məlumata görə, Sumqayıt şəhərində “Sumqayıt Aşqarlar” ASC-nin yaxınlığında açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.