7 apreldəki buraxılış imtahanında 300 bal toplayan şagirdlərin SİYAHISI

Təhsil
17:41 / 30.04.2024
5848
7 aprel 2024-cü ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısı açıqlanıb.
Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Yüksək bal toplayan şagirdlər Sumqayıt şəhəri, 23 saylı orta məktəbin şagirdi Əmiraslanlı Tuncay Natiq oğlu, Mingəçevir şəhəri, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi Xəlilli Aylin Elşən qızı, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 saylı orta məktəbin şagirdi Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 270 saylı orta məktəbin şagirdi Alıyev Nəsib Şamil oğludur.
Firuzə Əliyeva