Bu gündən bu məhsulların qiyməti BAHALAŞDI

Bu gündən bu məhsulların qiyməti BAHALAŞDI
Azərbaycanda bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunur. 

Baku.ws-in paytaxt mağazalarında apardığı müşahidələrdən məlum olub ki, bu gündən etibarən bəzi çay məhsullarının qiymətində artım qeydə alınıb.

Belə ki, "Beta" və "Champion" çaylarının qiyməti bütün çeşidlər üzrə 8-10% həcmində bahalaşıb. 

Bununla yanaşı, "Milla" süd və süd məhsullarının qiymətində də artım var. Mağazalardan əldə etdiyimiz məlumata görə, bu məhsullarda da bahalaşma 10% səviyyəsindədir.

OXŞAR XƏBƏRLƏR