Rusiyanın kosmik raketi göydə partladı-VİDEO
Dünya
10:35 / 02.12.2016
1369
Beynəlxalq Kosmik Stansiyasına göndərilən "Proqress-MS-04” kosmik yük gəmisi Rusiyanın Tuva bölgəsinin yaşayış olmayan dağlıq ərazisi üzərində 190 km hündürlükdə qəzaya uğrayıb.
AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Roskosmos”un yaydığı məlumatında bildirilib.
Məlumata görə, gəminin fraqmentlərinin əksəriyyəti atmosferdə yanıb.
Kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) 2,5 tondan çox yük aparırmış.
Qəzanın baş vermə səbəbləri araşdırılır.