Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI 

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI 

Həftəsonu ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qurum qeyd edib ki, narkotiklərlə əlaqəli 63 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

 

Eyni zamanda, cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR