“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

1912-ci ildə batan "Titanik" gəmisinin ən zəngin adamı Con Ceykob Astor IV-ə məxsus qızıl cib saatı hərracda rekord qiymətə - 1,175 milyon funta (1,4 milyon ABŞ dollarından çox) satılıb.

 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Qeyd olunub ki, saat "Henry Aldridge & Son" auksionunda ABŞ-dan olan şəxsi kolleksiyaçıya batmış laynerdən xatirə əşyaları üçün indiyə qədər alınan ən yüksək məbləğə satılıb.

 

Ekspertin fikrincə, Astor o vaxt dünyanın ən varlı adamlarından biri idi, onun sərvəti təxminən 87 milyon ABŞ dolları idi, bu da bu gün bir neçə milyard dollara bərabərdir.

 

Gəminin sərnişini sonuncu dəfə siqaret çəkərkən və həmkarı ilə söhbət edərkən görülüb. Onun cəsədi hadisədən bir həftə sonra cib saatı ilə birlikdə tapılıb.

 

Hərracda həmçinin, gəmi batan zamanı çalınan skripkalardan birinin futlyarı 360 min funta (459 min ABŞ dollarından çox) satılıb. Musiqi alətinin özü 2013-cü ildə 1,7 milyon dollara satılmışdı.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...