Nazim Babayev Türkiyədə qızıl medal qazandı

Nazim Babayev Türkiyədə qızıl medal qazandı

Türkiyənin Antalya şəhərində keçirilən "Olimpik deneme" yarışında milli komandamızın üzvləri uğurlu çıxışla yadda qalıblar.

 

Sfera.az xəbər verir ki, Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə uzunluğa tullanma növündə Nazim Babayev 7.56 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Digər təmsilçimiz Orxan Aslanov 3-cü olub.100 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva 1-ci yeri tutub. Kişilər arasında 100 metr məsafəyə qaçışda isə Əlhəm Nağıyev 2-ci nəticə göstərib.
Qeyd edək ki, yarışda Türkiyənin 36 şəhərindən olan atletlərlə yanaşı, Azərbaycan, Polşa, Böyük Britaniya, Özbəkistan və Moldova idmançıları mübarizə aparır.
 

Antalyada keçirilən Beynəlxalq Atmalar Kubokunda isə İsmayıl Əliyev uğurlu nəticə əldə edib. Milli komandamızın üzvü nüvə itələmə növündə 16.59 metr göstərici ilə 3-cü yeri tutub. Lisenziya xarakterli bu yarışda Azərbaycan, Moldova, Bəhreyn, Əlcəzair və Türkiyənin 13 şəhərindən atletlər iştirak edib.


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....