Sabunçuda avtomobillər toqquşdu - yaralı var

Sabunçuda avtomobillər toqquşdu - yaralı var

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az report.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1994-cü il təvəllüdlü İsgəndərov Daşqın Akif oğlu xəsarət alıb.

 

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR