Peyğəmbərimiz əsrlər əvvəl dediyini elm indi kəşf etdi
22:33 / 01.12.2016
910
İndiyədək danışılanlara, mövcud hədislərə əsasən peyğəmbərimiz ayaq üstə su içməklə bağlı müsəlmanlara tez-tez xəbərdarlıq edirmiş. Ayaq üstdə su içməyin orqanizmə zərərli olduğunu bildirirmiş.
Bu barədə hədislərdə belə deyilir: "Əgər ayaq üstə su içən kimsə mədəsinə vurduğu zərəri bilsəydi, içdiyi suyu şübhəsiz ki, geri qaytarardı”, "Sizlərdən biriniz ayaq üstdə su içməsin. Əgər kimsə unudub içərsə, qaytarmağa çalışsın”. Və yaxud da "ayaq üstdə su içmək qadağandır” kimi ifadələr işlədilib.
Peyğəmbərimiz buyurub ki, su içərkən oturaq vəziyyətdə və üzü qibləyə olmaq lazımdır. Su stəkanı sağ əldə tutulub içilməlidir. Nə qədər susuz olsanız belə suyu aramla və təmkinlə içmək lazımdır. Çox soyuq və çox isti halda su içmək olmaz, çalışmaq lazımdır ki, suyun həcmi qədər dərəcəsi də nəzərə alınsın.
Sfera.az xəbər verir ki, alimlər nə az, nə çox, düz 1400 ildən sonra peyğəmbərimizin dediklərində haqlı olduğunu açıqlayıblar. Bildirib ki, insan oturaq halda olanda mədənin forması dəyişir. Əgər insan ayaq üstdə duraraq su içərsə həmin su mədənin kiçik əyrilik olan hissəsindən birbaşa onikibarmaq bağırsağa keçir. Bununla da ayaq üstdə içilən suyun orqanizm üçün əhəmiyyəti itir. Yəni ayaq üstdə içilən su mədədə toplanmaz və orqznizm üçün heç bir faydası olmaz. Əgər su oturaq halda içilsə, su əvvəlcə mədədə toplanar, mədə turşusuyla qarışaraq mikrobları öldürər və daha sonra onikibarmaq bağısağa keçər. Bununla da oturaq halda su içən insan vəba xəstəliyi başda olmaqla bir çox xəstəliklərdən qorunmuş olar. Ayaq üstdə su içən insanlar isə tez-tez xəstəliklərə yoluxar.