"Nokia" yeni smartfonlarını təqdim edəcək

"Android" əməliyyat platforması əsasında "Nokia"nın yeni smartfonlarını 2017-ci ilin birinci yarısında əldə etmək mümkün olacaq.

Sfera.az "Report"a istinadən bildirir ki, bununla bağlı "HMD Global" şirkəti məlumat yayıb.
"HMD" "Microsoft"un telefon istehsalına cavab verən bölməsini alıb. Eyni zamanda sözügedən şirkət 10 il ərzində onun brendini istifadə etmək üçün "Nokia" ilə saziş imzalayıb.
"HMD"nin məlumatında qeyd olunub ki, o smartfon bazarında "mühüm oyunçu" olmağı planlaşdırır.
"GSM Arena"nın məlumatına görə, "Nokia" brendinin yeni sahibi tərəfindən istehsal edilən smartfonun ilk modellərindən biri 5 düym diaqonallı, 13 meqapiksel kameralı, 2 GB operativ yaddaşı D1°C modeli və onun 5,5 düym diaqonalı, 16 meqapiksel kameralı və 3 GB operativ yaddaşı olan digər versiyası olacaq.
Məlumata görə, "Nokia" aparatların satışa çıxarılma tarixi və qiyməti haqqında 2017-ci ilin fevralında Barselonada keçirilən "Ümumdünya Mobil Konqresi"ndə elan edə bilər.


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıya qar yağacaq, bu ərazilərdə 24 dərəcə şaxta olacaq

Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətind...

Bu ölkə Ukraynaya 10 min mərmi göndərir

Estoniya Ukraynaya 10 000 artilleriya mərmisi və hərbçilər üçün 750 000 ərzaq paketi göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Baş nazi...

Bir hasarda onlarla sayğac quraşdırıla bilərmi? - VİDEO

Yaşadığı evin hasarına çox sayda sayğaclar quraşdırılıb.   Sfera.az xəbər verir ki, paytaxt sakini Adilə Gülməmmədova bildirir ki, yaşadığı ünva...

Bərdədə yas mərasimində zəhərlənənlərin kimliyi bəlli oldu - SİYAHI

Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərin siyahısı aşağıdakı kim...

Qəzəblənəndə dəhşətli olan BÜRCLƏR

Qəzəb müxtəlif həyat vəziyyətlərində hər birimiz üçün ümumidir - elə olur ki, hisslərimizi başqa cür ifadə etmək mümkün deyil.   Yalnız bəzi insanlar...

Məhərrəmlik ayı bu tarixdə başlayacaq - TƏQVİM AÇIQLANDI - FOTO

Azərbaycanda Məhərrəmlik ayı iyunu 26-na təsadüf edəcək.   Sfera.az xəbər verir ki, bu, Qafqaz Müsəlmanlar İdarəsinin təqvimində qeyd edilib. &nbs...