Qazla qızdırılan evlərdə limit neçə aya bitəcək?- HESABLAMA

Qazla qızdırılan evlərdə limit neçə aya bitəcək?- HESABLAMA
Qazın qiymət artımı qış dövründə, işığın qiymət artımı isə yay mövsümündə əhalinin xərclərini daha çox artıracaq. Bunu iqtisadçı Qubad İbadoğlu deyib. Q.İbadoğlu qeyd edib ki, Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək: "Bu xüsusilə də ölkə paytaxtında və ətraf rayonlarda qazla işləyən qızdırcı sistemlərin (kombilərın) sərfiyyat göstəricilərindən asılı olacaq. Hazırda mənzilin sahəsindən asılı olaraq ən çox işlədilən kombilərin gücü 24-lə 40 arasında dəyişir. Texniki parametrlərinə görə, 24-lük kombinin 1 saatlıq qaz sərfiyyatı 2,2 kubdur, belə olan halda 10 saat işləyən kombi gündə 22 kub, ayda isə 660 kub qaz yandırır. Bu isə o deməkdir ki, həmin istehlakçı 2,5 aydan sonra yalnız istilik məqsədilə istifadə etdiyi qaza görə minimal normasını ödəyərək, ilin qalan 9,5 ayında əvvəlkindən 2 dəfə yüksək tariflərlə ödəniş etmək məcburiyyətində qalacaq. Evlərinin isidilməsində 28-lik kombilərdən istifadə edənlər üçün isə bu müddət 2 ay təşkil edəcək və həmin ailələrin də xərcləri ilin 10 ayında bahalı tariflərlə hesablanacaq. 32 və 36-lıq kombilərin istifadəçiləri 1,5 aydan, 40-lıq kombinin isifadəçiləri isə 1 aydan tez minimal normanı, yəni illik 1500 kubmetri qaz istehlak edib, yerdə qalan müddətdə əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox - 20 qəpik ödəyəcəklər. Nərəzə alanda ki, ailə təsərrüfatında təbii qaz yalnız isitmə məqsədilə deyil, həm də digər məqsədlər üçün istifadə edir, onda yuxarıda qeyd olunan müddətlər daha da tezləşəcək". 



OXŞAR XƏBƏRLƏR

Sabah Bakıya qar yağacaq, bu ərazilərdə 24 dərəcə şaxta olacaq

Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətind...

Bu ölkə Ukraynaya 10 min mərmi göndərir

Estoniya Ukraynaya 10 000 artilleriya mərmisi və hərbçilər üçün 750 000 ərzaq paketi göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Baş nazi...

Bir hasarda onlarla sayğac quraşdırıla bilərmi? - VİDEO

Yaşadığı evin hasarına çox sayda sayğaclar quraşdırılıb.   Sfera.az xəbər verir ki, paytaxt sakini Adilə Gülməmmədova bildirir ki, yaşadığı ünva...

Bərdədə yas mərasimində zəhərlənənlərin kimliyi bəlli oldu - SİYAHI

Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərin siyahısı aşağıdakı kim...

Qəzəblənəndə dəhşətli olan BÜRCLƏR

Qəzəb müxtəlif həyat vəziyyətlərində hər birimiz üçün ümumidir - elə olur ki, hisslərimizi başqa cür ifadə etmək mümkün deyil.   Yalnız bəzi insanlar...

Məhərrəmlik ayı bu tarixdə başlayacaq - TƏQVİM AÇIQLANDI - FOTO

Azərbaycanda Məhərrəmlik ayı iyunu 26-na təsadüf edəcək.   Sfera.az xəbər verir ki, bu, Qafqaz Müsəlmanlar İdarəsinin təqvimində qeyd edilib. &nbs...