Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Dünya
19:33 / 25.04.2024
4262
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən aksiyada saxlanıldığını bildirib.
Sfera.az xəbər verir ki, o bu barədə öz Telegram kanalında məlumat verib.
"Mən Vedi polis şöbəsindəyəm",-L.Köçəryan yazıb.
Aprelin 24-də Ermənistan polisinin baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçıları saxladığı xəbəri yayılıb.
Polis Milli Demokratik Qütb tərəfdarlarını saxlayıb.
İnci
Sfera.az