"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

İqtisadiyyat
16:53 / 24.04.2024
7539
2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı İqtidadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.
Nazir bildirib ki, reytinq siyahısını "Financial Times"ın "FDI Intelligence" nəşri hazırlayıb. M.Cabbarov qeyd edib ki, yüz şəhərin adının salındığı reytinqdə Bakının ön sıralarda dayanması Azərbaycandakı işgüzar mühitə beynəlxalq etimadın yüksək olduğunu bir daha təsdiq edir və fəal iqtisadi əməkdaşlıq üçün yeni stimullar yaradır.
Vasif