Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Dünya
11:35 / 24.04.2024
2183
Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.
Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bilet almaq (5 avro) məcburi olacaq. Məlumata görə, bu istiqamətdə yoxlamaların aparılması gözlənilir.
Atılan addımın səbəbi isə turist sayını azaltmaqla şəhərin yükünü azaltmaqdır.
Bildirilib ki, qərar yalnız səhər saat 8.30-dan axşam 16.00-a qədər şəhər mərkəzinə bir günlük səfər edən turistləri hədəfləyir. Otellərdə qalan turistlər, 14 yaşdan kiçik uşaqlar və əlillər istisnadır.
Xatırladaq ki, Venesiya keçən il təxminən 3,2 milyon turisti qəbul edib.
Günay