Azərbaycanda 51 kiloqram narkotik AŞKARLANDI - Həbs olunan var

Azərbaycanda 51 kiloqram narkotik AŞKARLANDI - Həbs olunan var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan ümumilikdə 51 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 43 kiloqram marixuana, 3 kiloqram heroin və 5 kiloqram metamfetamin aşkarlanıb. İ.Ağayev narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının şəxsiyyəti istintaqla araşdırılan vətəndaşından əvvəlcədən təyin olunan məkandan ayrı-ayrı şəxslərə çatdırıb maddi gəlir əldə etmək məqsədi ilə əldə etdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...