“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

“McDonald’s Azərbaycan” şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub.

 

Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismində Bəhram Bağırzadə iştirak edib. Qonaq uşaqların böyük entuziazmla iştirak etdiyi tədbirdə öz fikirlərini onlarla bölüşüb, balaca oxuculara kitablar təqdim edib.

 

Qeyd edək ki, seminar Dövlət Sosial Müdafiə Fondu ilə "McDonald's Azərbaycan" şirkəti arasında əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumuna əsasən reallaşdırılan növbəti tədbirdir.

 

Uzunmüddətli perspektivdə sosial yardımın göstərilməsi, o cümlədən şəhid və qazi övladları üçün inkişafetdirici və əyləncə tədbirlərinin təşkilinə xüsusi diqqət ayrılacaq.

 

Tədbirin məqsədi 44 günlük Vətən müharibəsi qazi övladlarına onların dövlətin, özəl təşkilatların xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarının hiss etdirmək, uşaqların əylənməsi, sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, eləcə də dünyagörüşlərinin genişləndirilməsinə nail olmaq, onların kitaba olan marağının artırılması istiqamətdə maarifləndirmə işlərinin aparılmasıdir. Bu növ təşəbbüslərin ictimailəşdirilməsi və belə layihələrin sayının artırılması da qarşıya qoyulmuş məqsədlərdəndir.

 

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1...

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. &nb...