Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI:

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruz deyib.

 

“Əfsuslar olsun ki, dünya ölkələri özlərini demokrat adlandırsalar da, Azərbaycanın haqq işi ilə bağlı nəinki dəstək göstərirlər, əksinə əlehinə çıxış edirlər. Xocalı soyqırımını törədənlərə, Gəncəni, Bərdəni bombalayanlara qarşı hələ də sanksiya tətbiq olunmayıb. Halbuki, erməni keçmiş nazir Xocalı soyqırımını törətdiyinə görə fəxr edir, Balayan uşaqları turbalara necə doldurub yandırdığını öz kitabında yazır, bunu etiraf edir.  Azərbaycanda bir tiktoker var, adı Əli Kərimlidir. Qoyur kompüteri qabağında danışır. Təbii ki, kompüter ona cavab verə bilməz. Əgər nəsə demək istəyirsə, gəlsin, hansısa internet saytlarından birində danışaq. Ona başa salaq ki, dünya nədən ibarətdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara doğru olmayan məlumatlar vermək olmaz“, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1...

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. &nb...