Fabrikdə yanğın: Fövqəladə Hallar Nazirliyi itkilər barədə məlumat yaydı

Fabrikdə yanğın: Fövqəladə Hallar Nazirliyi itkilər barədə məlumat yaydı

Bu gün səhər saatlarında Voronejdə fabrik yanıb.

 

Sfera.az bildirir ki, “ENİKmaş-V” zavodunun sexlərindən birində yanğın baş verib. 500 kvadratmetr sahədə yanğın artıq söndürülüb. Yanğının dəqiq səbəbi məlum deyil. KİV-in məlumatına görə, qurbanlar arasında 70 yaşlı qadın da var.


Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın nəticəsində 3 nəfərin öldüyünü bildirib. 


Binadan 4 propan və oksigen çəni çıxarılıb.

 

Media ölənlər arasında 70 yaşlı qadının da olduğunu bildirib. qadının “saçlarının yandığı” bildirilir.

 

Fövqəladə Hallar Nazirliyi isə Voronej zavodunda baş verən yanğının səbəbini açıqlamayıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR