"ABŞ-nin Kiyevə yardımı bu vəziyyəti dəyişməyəcək" - Peskov

"Rusiya ordusu Ukrayna qarşısında mövqeyini yaxşılaşdırır, ABŞ-nin Kiyevə yardımı bu vəziyyəti dəyişməyəcək". 


Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya verdiyi dəstək barədə qərarını şərh edərkən bildirib.


"Bu, əslində, döyüş meydanındakı vəziyyəti dəyişməyəcək. Xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya silahlı qüvvələri mövqelərini təkmilləşdirir. Ümumilikdə dinamika indi hamı üçün tamamilə aydındır”, - D.Peskov qeyd edib.

 

Peskov həmçinin bildirib ki, ayrılacaq vəsait ukraynalılar arasında yeni qurbanlara səbəb olacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR