"Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir" - Vladimir Putin

Siyasət
17:05 / 22.04.2024
2947
"Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir və sistematik şəkildə inkişaf edir".
Sfera.az xəbər verir ki bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda deyib.
Görüşdə Putin Əliyevi xüsusilə Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə etməyə dəvət edib.
Prezident İlham Əliyev öz növbəsində bildirib ki, Azərbaycan regionda təhlükəsizlik məsələlərinin həllindən razıdır. O, Rusiyanın Qafqazda regional təhlükəsizlik baxımından fundamental ölkə olduğunu vurğulayıb.
Azərbaycan lideri Putinlə hazırkı görüşün də iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.
Əzizə Zeynal