İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ! - BU TARİXDƏN...

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ! - BU TARİXDƏN...

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək.

 

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.


 
Agentlikdən bildirilib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.
 
 
Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.
 
 
Qeyd edək ki, 17-19 aprel tarixlərində keçirilən vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

    
Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR