Alonsonun komandasından REKORD: Bütün turnirlərdə...

Alonsonun komandasından REKORD: Bütün turnirlərdə...

Aprelin 21-də Almaniya Bundesliqasının 30-cu turunun "Borussiya D" və "Bayer" komandaları arasında matç keçirilib.

 

Sfera.az bildirir ki, oyun Almaniyada baş tutub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Beləliklə, Xabi Alonsonun komandası indi bütün turnirlərdə məğlubiyyətsiz 45 matçlıq seriyaya sahib olub. Onlar 38 qələbə qazanıb, 7 heç-heçə ediblər.

 

Xatırladaq ki, “Bayer Leverkuzen” 2023/2024 mövsümü üçün Bundesliqa turnir cədvəlində birinci yerdədir. Komanda 30 görüşdə 80 xal toplayıb və son turda vaxtından əvvəl Almaniya çempionu olub.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR