ABŞ və Böyük Britaniyadan Rusiyaya qarşı daha bir SANKSİYA

ABŞ və Böyük Britaniyadan Rusiyaya qarşı daha bir SANKSİYA

ABŞ və Böyük Britaniya Rusiyadan alüminium, mis və nikelin idxalına qadağa qoyub. 


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib


Xəbərdə deyilir ki, Böyük Britaniya ilə razılaşma əsasında tətbiq edilən tədbirlər Rusiyanın alüminium, mis və nikel ixracından əldə etdiyi gəlirin azaldılmasına yönəlib. 
Bundan sonra London Metal Birjası (LME) və Çikaqo Ticarət Birjası (CME) kimi metal birjalarına Rusiyadan alüminium, mis və nikelin yeni göndərişlərini qəbul etmək qadağan ediləcək. Maliyyə Nazirliyi ABŞ və Böyük Britaniyanın birgə hərəkət edərək Rusiyanı mühüm gəlir mənbəyindən məhrum etdiyini vurğulayıb.

 
Vasif


OXŞAR XƏBƏRLƏR