“Bu, dövlətə, şəxsi mülkiyyətə qəsddir" - Peskovdan Qərblə bağlı SƏRT AÇIQLAMA 

“Bu, dövlətə, şəxsi mülkiyyətə qəsddir

“Ukraynaya kömək məqsədilə Rusiyanın aktivlərinin ələ keçirilməsi təhlükəli presedent yaradır”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Qərb qeyri-qanuni fəaliyyətlə məşğuldur.

 

“Bu, dövlətə, şəxsi mülkiyyətə qəsddir. Bunlar qanunsuz hərəkətlərdir, – Peskov konfrans zamanı deyib.

 

Onun sözlərinə görə, Kreml Rusiyanın aktivlərinin ələ keçirilməsinə mənfi reaksiya verib. Peskov bu hərəkətlərin ABŞ-yə zərər verəcəyini bildirib. O vurğulayıb ki, aktivlərin müsadirəsi mövzusu Qərb ölkələri arasında mütəmadi olaraq müzakirə olunur. Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı qanun layihəsini qəbul edib. Pul Ukraynaya kömək üçün istifadə olunacaq.

 

Günay


OXŞAR XƏBƏRLƏR