ABŞ səfiri Ermənistan baş nazirinin müavini ilə demarkasiya prosesini MÜZAKİRƏ ETDİ

Siyasət
15:14 / 22.04.2024
2918
Ermənistan baş nazirinin müavini Mqer Qriqroyan ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinni ilə görüşüb.
Sfera.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı hökumətin mətbuat xidməti yayıb.
Məlumata görə, tərəflər ABŞ-Ermənistan ikitərəfli münasibətləri, eləcə də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiyası prosesini müzakirə ediblər.