Dünyada ən yüksək hərbi xərclər Ukraynadadır – STATİSTİKA

2023-cü ildə Ukrayna ümumi daxili məhsul (ÜDM) istehsalına nisbətdə hərbiyə ən çox vəsait ayıran ölkə olub.
Sfera.az Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən xəbər verir ki, Ukraynanın hərbi xərcləri ÜDM-in 37 faizinə çatıb.
SIPRI-nin məlumatına əsasən, Ukrayna 2022-ci ildə hərbiyə 43 milyard dollar xərcləmişdi. Həmin ildə hərbi xərclərin həcminə görə, Ukrayna 11-ci sırada dayanırdı.
2023-cü ildə Ukrayna hərfi xərclərini 51 faiz artıraraq 64,8 milyard dollar çatdırıb və sıralamada 8-ci yerə yüksəlib. Ötən il qlobal hərbi xərclərin 2,7 faizi Ukraynanın payına düşüb.
2014-cü ildən bəri isə Ukraynanın hərbi xərcləri 1272 faiz, yəni 13,7 dəfə artıb. On il əvvəl Ukrayna dövləti müdafiə məqsədilə 4,5-5 milyard dollar xərcləyirdi.
Ukraynanın hərbi xərclərinin dəfələrlə artmasının səbəbi müharibə ilə əlaqədardır. Amma onu da bidirək ki, bu xərclərin çox hissəsini Ukrayna öz imkanları ilə deyil, ABŞ və onun müttəfiqlərinin ayırdığı vəsaitlə maliyyələşdirir.
Vasif