Azərbaycanda bu tarixdən sonra təbii artım DAYANACAQ

Azərbaycanda bu tarixdən sonra təbii artım DAYANACAQ

Azərbaycanda əhalinin təbii artım göstəricilərində zəifləmə son illər bir qədər də güclənib. COVID-19 virusunun yayılmasından sonra ölkəmizdə təbii artım sürəti xeyli azalsa da, 2022-ci ildə bir qədər yüksəlmişdi. Amma 2023 və 2024-cü ilin məlumatları göstərir ki, təbii artımı sürəti yenidən zəifləyir. 


Sfera.az xatırladır ki, Azərbaycanda bir ildə ən yüksək təbii artım göstəricisi 1991-ci ildə qeydə alınıb. Həmin ildə təbii artım 145,7 min nəfər olmuşdu. Amma sonra təbii artım sürəti zəifləyərək 2002-ci ildə 64,19 min nəfərə qədər gerilədi. Geriləmənin ardından təxminən 10 il təbii artım gücləndi və 2011-ci ildə 122,3 mini ötdü. 


2012-cü ildən təbii artımda yenidən azalma dinamikası müşahidə edilir və bu proses hələ də davam edir. Təbii artım 2022-ci ildə 62 minə, 2023-cü ildə 52,47 minə geriləyib. Artım sürətinin zəifləməsi 2024-cü ilin yanvar-fevral aylarında da davam edib və ilk 2 ayda təbii artım 6 686 nəfərə enib ki, bu da əvvəlki ilin eyni dövründəki göstəricidən 18,4 faiz azdır. İki ayda təbii artım sürətində 1 281 nəfər azalma qeydə alınıb. 


Təbii artım diri doğulanlarla ölənlərin fərqini ifadə edir. Təbii artımın yüksək olması kimi aşağı olması da müəyyən problemlər yaradır. Artım sürəti aşağı olduqda yaşlı əhalinin xüsusi çəkisi artır, əmək qüvvəsində çatışmazlıq yaranır, bu səbəbdən əcnəbi işçilərə tələb yüksəlməyə başlayır və ən önəmlisi dövlət məcbur olub pensiya yaşını artırır. 


Azərbaycanda təbii artım sürətinin zəifləməsi həm doğumun azalması, həm də ölümün artması ilə bağlıdır. Xüsusən doğum göstəricilərində ciddi azalma müşahidə olunur. 1990-cı illərin əvvəlində doğum sayı 180-190 min nəfər idi. Doğum sayı 2023-cü ildə 112,6 min nəfərə qədər azalıb. 2024-cü ilin ilk 2 ayında doğum sayı bir qədər də azalaraq 17,08 min olub. Bu, əvvəlki ilin eyni göstəricisindən 13 faiz azdır. 


Doğumun azalmasına nikahların sayının azalması da təsir edir. 2013-2014-cü illərdə 85-86 min nikah qeydə alındığı halda 2023-cü ildə 54,2 min nikah olub. 2024-cü ilin yanvar-fevralında isə nikahlar daha 13 faiz azalıb.


Ölənlərin sayı da artır. 1990-cı illərdə hər il 45-50 min insan dünyasını dəyişdiyi halda artıq bu göstərici 60 minin üzərindədir. 


Beləliklə, doğumun azalması, ölümün isə artması təbii artım sürətini zəiflədir. Mövcud vəziyyət qalacağı təqdirdə ən geci 2035-ci ildən təbii artımı təbii azalma əvəzləyəcək. 


Lakin təbii artım sosial-iqtisadi proseslərdən də asılıdır. Əgər dövlət ailələrə uşaqlara görə sosial yardımları artırarsa, bu halda doğumların artması və təbii artımın davam etməsi də mümkündür. 


Vasif
 

 


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...