Laləli Ağgöl Milli Parkından REPORTAJ - FOTOLAR

Laləli Ağgöl Milli Parkından REPORTAJ - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ağgöl Milli Parkına mediatur təşkil olunub. Jurnalistlər Milli Parkın ərazisində olaraq bu təbiət incisinin ekosistemi və canlı təbiətlə yaxından tanış olublar.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Sfera.az-a açıqlamasında bildirib ki, Ağgöl Milli Parkı 2003-cü ildə təsis edilib.

 

“Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur su-bataqlıq ekosistemi olub, köçəri və yerli nadir quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Bu parkın yaradılmasının əsas məqsədi bu əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, eləcə də ətraf mühitin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Eyni zamanda, Ağgöl Milli Parkında “Qırmızı Kitab”a düşmüş ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir.

 

 

Ümumilikdə, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən cari dövrədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayğı zamanı parkda 87 baş ceyran qeydə alınıb”.

 

 

Arzu Babayeva qeyd edib ki, sentyabr ayından fevral ayına qədər burada quşların kütləvi miqrasiyası baş tutur.

 

“Ağgöl Milli Parkında quşlardan mərməri ördək, turac, bəgək, qara leylək, böyük və kiçik qarabattaq, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz və qırmızıdöş) məskunlaşıb”.

 

 

Arzu Babayevanın sözlərinə görə, Ağgöl Milli Parkında lalələr hər il aprel ayının əvvəlindən başlayaraq çiçəkləyir:

 

“Bu proses aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir. Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən, əsasən, duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. geniş yayılıb. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılıb.

 

Ülkər Abdurahmanlı

Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...