Hacıqabulda dəhşətli qəza: 8 nəfər xəsarət aldı

Hadisə
15:06 / 21.04.2024
3781
Hacıqabulda yol qəzası baş verib.
Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.
Hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.